MÜASİR TƏHSİL TEXNOLOGİYALARI İDMANDA YАRАDICI KOMPONENTLƏRİN İNKİŞAF VASİTƏLƏRİ KİMİ
Autor: | null F. Huseynov |
---|---|
Rok vydání: | 2021 |
Zdroj: | Scientific News of Academy of Physical Education and Sport. 2:30-37 |
ISSN: | 2617-0396 2617-0388 |
DOI: | 10.28942/ssj.v2i3.246 |
Popis: | Məqalədə təhsilin və pedaqoji texnologiyaların idmanın inkişafının yaradıcı komponentlərin konsolidasiyasına təsiri araşdırılır. Bu, idmanın müasir cəmiyyət həyatındakı vacib yerindən xəbər verir. Müəllif yüksək idman göstəricilərinə çatmaqda yaradıcılığın artan rolunu vurğulayır. "Yaradıcılıq" və "yaradıcı müəllim" anlayışlarının mahiyyəti formalaşdırılır, onlara xas olan ən vacib xüsusiyyətlər açıqlanır. Pedaqoji komponentin bədən tərbiyəsi və idman sahəsində gələcək mütəxəssislərin yaradıcılığının formalaşması üçün ən əlverişli olduğu müəyyən edilmişdir. Məqalədə Azərbaycanın təhsil siyasətində baş verən dəyişikliklər, onların peşəkar idmançı yetişdirməkdə ixtisaslaşmış müəllimlərin peşə fəaliyyətinin xarakterinə təsiri araşdırılıb. Şagirdlərin tədris sistemində kompüter texnologiyalarından istifadə, situasiya tapşırıqlarının praktikada modelləşdirilməsi, kiçik qruplarda şa-girdlərlə ünsiyyət qurulması, tələbələrin təhsil prosesində iştirakı bu təlim sisteminin müasir texnologiyalar və qabaqcıl metodlardan istifadə nəzərə alınmaqla tələbələrin kifayət qədər bilik əldə etməsinə imkan verdiyini göstərir. Müəllif ölkənin ali təhsil müəssisələrində innovativ təhsil texnologiyalarının tətbiqi üçün konkret istiqamətlər təklif etmişdir. |
Databáze: | OpenAIRE |
Externí odkaz: |