Ədəbiyyat dərslərinin növləri

Autor: Yusifov, F.
Jazyk: ázerbájdžánština
Rok vydání: 2021
Předmět:
DOI: 10.48445/u9538-7666-5172-v
Popis: Ədəbiyyat kursunun məzmununu əsasən ədəbi əsərlər, icmal materialları, ədəbiyyat nəzəriyyəsinə dair nəzəri məlumatlar təşkil edir. Bu materialların əksəriyyəti bədii mətnlərin daha dərindən dərk olunmasına imkan yaradır, öyrədilməsi yolları isə ənənəvi kursdan fərqlənir. Fəal/interaktiv təlim əsaslı dərslər iki dərs tipini tanıyır: induktiv və deduktiv dərslər. Məqalədə proqram materiallarının öyrənilməsində hər iki dərs tipinin (və qovuşuq dərs tipi) əsaslı dərslərin təşkilinin nəzəri-praktik istiqamətləri barədə söhbət açılır. Həmin dərslərin səmərəli qurulması yolları, müəllimin üzərinə düşən vəzifələr, dərs mərhələlərinin məzmunu və onlarda görülən işlər barədə təqdim olunan məlumatlar müəllimi düşündürən bir çox sualların cavabı kimi işlənmişdir. Yeni bilik verən dərslər (induktiv) fəal (interaktiv) dərslərin bütün mərhələlərini özündə cəmləşdirir. İcmal mövzularının tədrisi, ədəbi əsərlərin məzmunu üzərində işlər bu formalı dərslər üzərində qurulur.
Teaching of azerbaijan language and literature journal, Выпуск 3 (322) 2021, Pages 49-62
Databáze: OpenAIRE