Covid-19 pnevmonyiası: diaqnostikasında və menecmentində radioloqun rolu
Autor: | M J Sultanova |
---|---|
Rok vydání: | 2021 |
Zdroj: | Journal of Theoretical, Clinical and Experimental Morphology. 2:92-100 |
ISSN: | 2618-0979 2618-0960 |
DOI: | 10.28942/jtcem.v2i1-2.154 |
Popis: | İşin məqsədi. İşin məqsədi COVİD-19 diaqnozu PCR (polimerazalı zəncirvari reaksiya) testi ilə təsdiq olunmuş xəstələrdə ağciyərlərdə baş verən dəyişikliklərin diaqnostikasında və dinamikasının izlənilməsində döş qəfəsi rentgenoqrafiya və komputer tomoqrafiya müayinələrinin imkanlarının öyrənilməsi olmuşdur.Material və metodlar. Tədqiqat Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında aparılmışdır. Tədqiqata 124 xəstənin döş qəfəsinin rentgenoqrafiya və 60 xəstənin komputer tomoqrafiya müayinələrinin nəticələri daxil edilmişdir. Hər iki müayinənin aparıldığı 30 xəstədə nəticələr müqayisəli dəyərləndirilmişdir.Nəticələr. Döş qəfəsi rentgenoqrafiya müayinələrində daha çox aşkar etdiyimiz əlamətə buzlu şüşə görüntüsü aid edilmişdir ki, bu da 74(60%) nəfərdə aşkar edilmişdir. Bundan bir qədər az 24(19%) xəstədə isə konsolidasiya sahələri vizuallaşmışdır. 26 xəstədə (21%) xəstədə rentgenoloji dəyərləndirilən dəyişiklik aşkar edilməmişdir. Zədələnmələr daha çox periferik ağciyər sahələrində (68%) və aşağı paylarda izlənilmiş (72%) və daha çox hallarda (56%) bilateral xarakter daşımışlar. 3(2%) xəstədə plevral effuziya aşkar edilmişdir. Komputer tomoqrafiya müayinəsində də, həmçinin daha çox aşkar etdiyimiz əlamətə buzlu şüşə görüntüsü aid edilmişdir ki, bu da 48 (80%) xəstədə aşkar edilmişdir. Bundan başqa, 21(35%) xəstədə isə konsolidasiya sahələri aşkar edilmişdir ki, bu da görüntülərdə buzlu şüşə görüntüsü ilə birlikdə vizuallaşmışdır. Digər səciyyəvi əlamətlərdən 25(42%) xəstədə plevral fibrotik bandlar, 9(15%) xəstədə düyünşəkilli buzlu şüşə görüntüsü və 12(20%) xəstədə vaskulyar genişlənmələr aşkar edilmişdir. 4(7%) xəstədə plevral effuziya izlənilmişdir. 12(20%) xəstədə komputer tomoqrafiya müayinəsində dəyişiklik aşkar edilməmişdir. Zədələnmələr daha çox periferik ağciyər sahələrində (86%) və aşağı arxa seqmentlərdə izlənilmiş (80%) və daha çox hallarda (60%) bilateral xarakter daşımışlar.Yekun. COVID-19 pnevmoniyasının diaqnostikasında və menecmentində radioloji müayinələrdə izlənilən əlamətlər yüksək informativliyə malikdir.Bu vacib məqamlar COVİD- 19 pnevmoniyası ilə məşğul olan bütün mütəxəssislər üçün əhəmiyyətlidir. |
Databáze: | OpenAIRE |
Externí odkaz: |