AYRI-AYRI İDMAN NÖVLƏRİ İLƏ MƏŞĞUL OLAN TƏLƏBƏ QIZLARIN MORFOFUNKSİONAL GÖSTƏRİCİLƏRİNİN MÜQAYİSƏLİ ÖYRƏNMƏSİ

Autor: null S.S. Alibeyova, null M.H. Khalilli, null N.T. Guliyeva, null S.T. Guliyeva
Rok vydání: 2022
Zdroj: Scientific News of Academy of Physical Education and Sport. 4:19-26
ISSN: 2617-0396
2617-0388
DOI: 10.28942/ssj.v4i3.545
Popis: Məqalədə ayrı-ayrı idman növləri ilə məşğul olan tələbələrin morfofunksional göstəriciləri öyrənmişdir. Aparılan tədqiqatın əsas məqsədi idman növlərində (dövri və qeyri-dövri) məşq edən tələbələrin orqanizminin morfofunksional vəziyyətinin kompleks yoxlamasının aparılması olmuşdur. Yoxlamalar qızlardan ibarət qruplarda aparılmışdır. Qeyridövri idman növlərində məşq edən qızlarda dəyişiklər daha çox dərialtı piy qatının qalınlığında, nəfəsalma və nəfəsvermədə və pauza halında, döş qəfəsinin en dairəsinin ölçüsündə, döş qəfəsinin ekskuzsiyasında müşahidə olunmuşdur. Hər iki qrupun qızların dərialtı piy qatının daha qalın olması, bədəndə suyun azlığı əsas xarakterik cəhət olmuşdur. Alınan nəticələr tələbələrin saglamlığına tibbi-bioloji nəzarətin aparılmasında narmativ baza qismində istifadə oluna bilər. Alınan nəticələrdən həmçinin, qiymətləndirilməsi üçün digər ixtisaslarda məşq edən tələbələrin funksional vəziyyətinin qiymətləndirilməsində və müqayisəli təhlilində faydalı ola biləcəyi fərz edilir.
Databáze: OpenAIRE